• 28 Noyabr 2020
logo
Almaniyada koronavirusa görə peyvənd məcburi olmayacaq

Almaniyada koronavirusa görə peyvənd məcburi olmayacaq

Almaniyada yeni növ koronavirusa (COVID-19) görə peyvənd məcburi olmayacaq.

Bu barədə Almaniyanın Səhiyyə naziri Yens Şpan ZDF telekanalının canlı yayımında deyib.

“Bu məsələdə məcburiyyət olmayacaq, ancaq könüllü peyvənd olmaq üçün böyük istək var”, - deyə nazir bildirib.

Y. Şpan qeyd edib ki, vətəndaşlar COVID-19-a qarşı peyvənd olunmağın vacibliyini anlayırlar.