• 30 Noyabr 2020
logo
Ermənistanda son sutkada 163 nəfər koronavirusa yoluxub

Ermənistanda son sutkada 163 nəfər koronavirusa yoluxub

Ermənistanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 163 yoluxma halı qeydə alınıb.

APA-nın xəbərinə görə, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Bildirilib ki, Ermənistanda koronavirusa yoluxanların sayı 2782 nəfərə çatıb.

Ermənistanda indiyə kimi koronavirusdan 1135 nəfər sağalıb. Koronavirusdan 40 nəfər ölüb.