• 26 Noyabr 2020
logo
Gürcüstanda koronavirusa yoluxanların sayı 610-a çatıb

Gürcüstanda koronavirusa yoluxanların sayı 610-a çatıb

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı 610 nəfərə çatıb.

Bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Qeyd olunub ki, ölkədə koronavirus səbəbi ilə 4919 nəfər karantində saxlanılır, 497 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 269-u sağalıb, 9-u isə dünyasını dəyişib.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.