• 27 İyul 2024
logo
Dağıstanda koronavirusdan 4 polis əməkdaşı ölüb

Dağıstanda koronavirusdan 4 polis əməkdaşı ölüb

Dağıstanda koronavirus testi müsbət çıxan və ikitərəfli sətəlcəm diaqnozu qoyulmuş polis əməkdaşı dünyasını dəyişib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə respublikanın Daxili İşlər Nazirliyi rəsmi “İnstagram” rəsmi hesabında məlumat yayıb.

Bildirilib ki, ikitərəfli sətəlcəmdən müalicə olunan polis polkovniki Maqomed Maqomedov mayın 4-də, Moskva vaxtı ilə 22:40-da Dağıstan Daxili İşlər Nazirliyinin tibb məntəqəsində qəflətən dünyasını dəyişib. O, Dağıstanda koronavirusdan ölən sayca 4-cü polis olub.

Qeyd edək ki, bir həftədən az bir müddətdə Dağıstan Daxili İşlər Nazirliyinin analoji diaqnoz qoyulmuş 3 əməkdaşı ölüb.

Son məlumatlara görə, Dağıstanda koronavirusa yoluxanların sayı 2086 nəfərə çatıb, onlardan 14-ü ölüb, 325-i sağalıb.