• 2 Dekabr 2020
logo
Gürcüstanda koronavirusa yoluxanların sayı 600 nəfəri ötüb

Gürcüstanda koronavirusa yoluxanların sayı 600 nəfəri ötüb

Gürcüstanda daha 11 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib. Bununla da ölkə üzrə təsdiqlənmiş yoluxma hallarının sayı 604-ə çatıb.

Bildirilib ki, qonşu ölkədə koronavirus səbəbi ilə 4887 nəfər karantində saxlanılır, 550 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 240-ı sağalıb, 9-u isə ölüb.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib. Virusun sürətlə yayılmasının qarşısını almaq məqsədi ilə martın 21-də ölkədə fövqəladə vəziyyət rejimi elan edilib.