Almaniyada COVID-19 infeksiyasına yoluxanların sayı son sutkada 685 nəfər artıb, 139 nəfər isə bu virusdan ölüb.
APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Robert Kox İnstitutu məlumat yayıb.
İnstitut Səhiyyə Nazirliyinin strukturuna daxildir və ölkədə koronavirusa yoluxma hallarının statistikasını aparır.