• 26 Noyabr 2020
logo
Ruhani: “COVID-19 bütün ölkələr üçün bir xəbərdarlıqdır”

Ruhani: “COVID-19 bütün ölkələr üçün bir xəbərdarlıqdır”

“ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) maliyyə yardımını dayandırmaq kimi məsuliyyətsiz və tələsik addımı bu ölkənin daha bir strateji səhvidir”.
Bunu İran Prezidenti Həsən Ruhani Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə videokonfrans vasitəsilə keçirilən Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşü zamanı deyib.
H. Ruhani ABŞ-ın addımlarını insan haqlarına zidd adlandırıb.
İran Prezidenti qeyd edib ki, koronavirusla mübarizə təcrübəsi pandemiyanın milliyyətindən və irqindən asılı olmayaraq, bütün ölkələri təhdid etdiyini göstərib.
O vurğulayıb ki, bu, bütün ölkələr üçün bir xəbərdarlıqdır.