• 30 Noyabr 2020
logo
İranın milli valyutası dəyişdirildi

İranın milli valyutası dəyişdirildi

İran parlamenti milli valyutanın rialdan tümənə dəyişdirilməsinə qərar verib.

Bu barədə Trend İran parlamentinin informasiya portalına istinadən məlumat verib.

Qərara əsasən, 9 iyul 1972-ci ildə İranın pul və maliyyə qanunun 1-ci maddəsində dəyişikliklər aparılıb.

Qərarda bildirilir ki, İranın milli valyutasının adı tüməndir və hər 1 tümən 10 min riala bərabərdir.

Qərarda qeyd olunur ki, xarici valyutalar qarşılığında tümənin alqı-satqısı İranın Mərkəzi Bankı tərəfindən müəyyən olunur.

Qərara əsasən, maksimum 3 il ərzində tümən və rialın paralel dövriyyəsi olacaq.

İranın Mərkəzi Bankı maksimum 2 il ərzində bu qanunun icra olunması istiqamətində addımlar atmalıdır.

Qeyd edək ki, İranın Mərkəzi Bankının layihəsinə əsasən, İranın milli valyutasından 4 sıfır atılması nəzərdə tutulub. İranın milli valyutasının adı tümən olacaq, hər 1 tümən hazırkı 10 min rial və 100 qrana (qəpik adı belədir) bərabər olacaq.