• 3 Dekabr 2020
logo
Dünya Bankı Avropa və Mərkəzi Asiya regionuna 1,4 mlrd. dollardan çox yardım ayırıb

Dünya Bankı Avropa və Mərkəzi Asiya regionuna 1,4 mlrd. dollardan çox yardım ayırıb

Dünya Bankı COVID-19 pandemiyası ilə mübarizə üçün Azərbaycanın da daxil olduğu Avropa və Mərkəzi Asiya regionuna indiyədək 1,4 mlrd. dollardan çox maliyyə yardımı ayırıb.

"APA-Economics"in banka istinadən verdiyi məlumata görə, birinci olaraq, aprelin 2-də yeni təcili yardım layihələri vasitəsilə təqribən 490 mln. dollarlıq dəstək paketi təsdiqləndi. Əlavə 925 mln. dollar dəyərində olan vəsait isə hazırda yenidən bölüşdürülür, istifadə olunur və regionda olan mövcud layihələrə və kreditləşməyə ayrılır.

Qeyd edək ki, qeyri-müəyyən iqtisadi mühitin davam etdiyi vəziyyətdə Dünya Bankı 2020-ci ildə region iqtisadiyyatının 2,8-4,4% azalacağını proqnozlaşdırır.