• 1 Dekabr 2020
logo
Qırğızıstanda daha 35 nəfər koronavirusa yoluxub

Qırğızıstanda daha 35 nəfər koronavirusa yoluxub

Qırğızıstanda ötən sutka daha 35 nəfər yeni növ koronavirusa yoluxub.

Trend-in "Kabar"a istinadən verdiyi məlumata görə, bunu ölkənin Səhiyyə Nazirliyinin İctimai Səhiyyə İdarəsinin rəhbəri Aynura Akmatova deyib.

Onun sözlərinə görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 830 nəfərə çatıb.

A.Akmatova qeyd edib ki, ötən gün həmçinin 11 nəfər koronavirusdan sağalaraq evə buraxılıb: "Onların hamısının təkrar testlərinin nəticələri mənfi olub. Ümumilikdə ölkədə 575 nəfər koronavirusdan sağalıb".

Qeyd edək ki, Qırğızıstanda koronavirusdan 10 nəfər dünyasını dəyişib.