• 25 Noyabr 2020
logo
Ermənistanda daha 125 nəfər koronavirusa yoluxub

Ermənistanda daha 125 nəfər koronavirusa yoluxub

Ermənistanda son sutka ərzində daha 125 nəfərdə koronavirus aşkarlanıb.

APA-nın "Armenia Sputnik"ə istinadən xəbərinə görə, bu barədə Ermənistanın Milli Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzim məlumat yayıb.

Ümumilikdə, ölkədə koronavirusa yoluxanların sayı 2273-ə çatıb, 33 nəfər ölüb, 1010 nəfər sağalıb.

Hazırda müalicəsi davam edən xəstələrin sayı 1127 nəfərdir.