• 19 Sentyabr 2020
logo
Rusiyada terror hadisəsinin qarşısı alınıb, 3 yaraqlı öldürülüb

Rusiyada terror hadisəsinin qarşısı alınıb, 3 yaraqlı öldürülüb

Rusiyanın FSB əməkdaşları Yekaterinburqun Çkalovski rayonunda anti-terror əməliyyatı keçirərək planlaşdırılmış terror hadisəsinin qarşısını alıb. Əməliyyat zamanı 3 yaraqlı öldürülüb.
Bu barədə Milli Terrorla Mübarizə Komitəsi məlumat yayıb.
Bildirilib ki, əvvəlcədən hazırlanmış terror aktının qarşısı vaxtında alınıb.
Əməliyyat zamanı ərazidə kustar üsulla hazırlanmış partlayıcı qurğular, silah və sursat aşkarlanıb.