• 29 Sentyabr 2020
logo
Avropa Komissiyası Şərq tərəfdaşlığı ölkələri üzrə proqramları təkrar nəzərdən keçirib

Avropa Komissiyası Şərq tərəfdaşlığı ölkələri üzrə proqramları təkrar nəzərdən keçirib

Koronavirus pandemiyasına cavab qismində Avropa Komissiyası Şərq tərəfdaşlığı ölkələri üçün təyin olunmuş proqramları təkrar nəzərdən keçirib.
Bunu Avropa Komissiyasının genişlənmə və qonşuluq məsələləri üzrə baş direktorluğu rəhbərinin müavini Katarina Maternova videokonfrans zamanı deyib.
O bildirib ki, pandemiya kontekstində qeyd olunan ölkələrə dəstək göstərilməsinin üç üsulu nəzərdən keçirilib: ilk növbədə, təcili humanitar və tibbi yardım, ikincisi, tibb təşkilatlarının və ümumilikdə, səhiyyənin dəstəklənməsi, üçüncüsü, iqtisadiyyatın dəstəklənməsi və iqtisadi böhranın qarşısının alınması.
Katarina Maternova qeyd edib ki, Avropa Komissiyasının verdiyi əsas dəstək tədbirləri sırasında Ümumdünya Səhiyyə Təşkilatına 30 milyon avro məbləğində maliyyə yardımını da vurğulamaq olar:
“Biz, həmçinin qısamüddətli humanitar yardımın göstərilməsi üçün də təxminən 80 milyon avro vəsait ayırmışıq. Bu vəsait həm ÜST-ə, həm də cəmiyyətin ən həssas təbəqələrinə yönəldilib”.
Komissiya rəsmisi əlavə edib ki, Avropa Komissiyasının Azərbaycanda keçirdiyi dəstək tədbirlərindən biri təxminən 500 ailəyə ərzaq məhsullarının verilməsi olub.