• 29 Sentyabr 2020
logo
MDB XİNŞ-nin iclası videokonfrans formatında keçiriləcək

MDB XİNŞ-nin iclası videokonfrans formatında keçiriləcək

Müstəqil Dövlətlər Birliyi Xarici İşlər Nazirləri Şurasının (MDB XİNŞ) iclası MDB-də sədrlik edən Özbəkistanın təklifi ilə mayın 12-də videokonfrans formatında keçiriləcək.
Bu barədə Daimi Nümayəndələr Şurasının iclasında bildirilib.
Qeyd edək ki, MDB XİNŞ-nin iclasının əvvəlcədən aprelin 3-də Almatıda keçiriləcəyi planlaşdırılmışdı. Amma iclas mövcud epidemioloji vəziyyətlə əlaqədar təxirə salınmışdı.
Nazirlər Şurasının gündəliyinin layihəsi Daimi Nümayəndələr Şurasının yanvar ayında keçirilmiş iclasında təsdiqlənmiş və sədrlik edən tərəflə razılaşdırılmışdı.
Buraya Birlik çərçivəsində çoxsəviyyəli nazirliklərarası məsləhətləşmələr Planının icrası, beynəlxalq gənclər əməkdaşlığının inkişafı, MDB Şəbəkə Universitetinin fəaliyyəti, turizm, bədən tərbiyəsi və idman, mədəniyyət, təhlükəsizlik sahəsində əməkdaşlıq, xarici sərhədlərin qorunması və korrupsiyaya qarşı mübarizə məsələləri daxildir.
Ənənəyə görə XİN başçıları beynəlxalq gündəliyin aktual problemləri və MDB formatında qarşılıqlı fəaliyyət barədə fikir mübadiləsi aparacaqlar.