• 30 Sentyabr 2020
logo
ABŞ-da sutka ərzində 24 385 nəfər koronavirusa yoluxub, 2096 nəfər ölüb

ABŞ-da sutka ərzində 24 385 nəfər koronavirusa yoluxub, 2096 nəfər ölüb

ABŞ-da son sutka ərzində 24 385 nəfər koronavirusa (COVID-19) yoluxub.
Bu barədə Federal və yerli hakimiyyətlərin məlumatları əsasında hesablama aparan Cons Hopkins Universiteti açıqlama yayıb.
Açıqlamada bildirilir ki, son 24 saat ərzində ölkədə 2 096 nəfər koronavirusun qurbanı olub.
Bir gün əvvəl isə ölənlərin sayı 1 778 nəfər, yoluxanların sayı isə 22 412 nəfər olmuşdu.
ABŞ-da ümumilikdə 1 012 583 nəfərə COVİD-19 diaqnozu qoyulub, 58 mindən artıq insan vəfat edib.