• 26 Sentyabr 2020
logo
Hillari Klinton: “Amerikaya Co Bayden kimi prezident lazımdır!”

Hillari Klinton: “Amerikaya Co Bayden kimi prezident lazımdır!”

ABŞ-da Demokratlar Partiyasının prezidentliyə keçmiş namizədi Hillari Klinton növbəti seçkilərdə keçmiş vitse-prezident Co Baydeni dəstəkləyəcəyini bildirib. Videokonfransda xanım Klinton deyib ki, hazırda Amerikaya Co Bayden kimi prezident lazımdır.Bu dəstək Demokratlar Partiyasının namizədi Co Baydenin seçki kampaniyasında indiki prezident Donald Trampa qarşı mövqelərini xeyli möhkəmləndirib.
2020-ci ilin sonlarında ABŞ-da növbəti prezident seçkiləri keçiriləcək. Seçkilərdə ABŞ-ın hazırkı prezidenti Donald Tramp da iştirak edəcək.