• 28 Sentyabr 2020
logo
BMT Baş katibindən çağırış: koronadan istifadə edək!

BMT Baş katibindən çağırış: koronadan istifadə edək!

Yeni növ koronavirus pandemiyasından daha yaxşı bir dünya yaratmaq üçün istifadə etməliyik. Bunu BMT Baş katibi Antonio Quterreş bildirib. O qeyd edib ki, COVİD-19 və iqlim dəyişikliyi dünya üçün iki paralel təhdiddir. Həm epidemiya, həm də iqlim dəyişikliyi ilə mübarizə üçün cəsurcasına və uzaqgörən əməkdaşlığa ehtiyacın olduğunu vurğulayan Quterreş iqlim dəyişikliyi ilə mübarizədə hər bir təxirə salınmış addımın insanların dünyasını dəyişməsinə, iş yerlərini itirməsinə və iqtisadiyyatların zərərə uğramasına səbəb olacağını vurğulayıb:
"İstixana qazı emissiyası yeni bir növ koronavirus kimidir. Dünyamızı yaxşılaşdırmaq üçün nadir və qısa bir fürsət pəncərəsi açıldı. Gəlin, bu epidemiyadan hər kəs üçün daha təhlükəsiz, sağlam və daha davamlı bir dünya yaratmaq üçün istifadə edək".