• 6 Dekabr 2024
logo
Gürcüstan XİN hakim partiyanın Aİ ilə üzvlük danışıqlarını dayandırmaq qərarını qınayıb

Gürcüstan XİN hakim partiyanın Aİ ilə üzvlük danışıqlarını dayandırmaq qərarını qınayıb

Gürcüstan Xarici İşlər Nazirliyinin (XİN) 100 əməkdaşı hakim “Gürcü Arzusu” partiyasının Aİ ilə üzvlük danışıqlarını 2028-ci ilin sonunadək dayandırmaq qərarını qınayan bəyanatı imzalayıb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, diplomatlar iqtidar partiyasının qərarının ölkənin strateji maraqlarına uyğun gəlmədiyini bəyan ediblər. Qeyd olunub ki, ölkənin Aİ-yə üzvlük fürsətindən birtərəfli qaydada imtinası mənfi strateji nəticələrə gətirib çıxaracaq. Bəyanatda qərarın eyni zamanda Gürcüstanı artan təhdidlər fonunda təcrid halına salacağı qeyd edilib.