• 6 Dekabr 2024
logo
Ruanda Prezidenti COP29-da iştirak edəcək

Ruanda Prezidenti COP29-da iştirak edəcək

Ruanda Respublikasının Prezidenti Pol Kaqame COP29-da iştirak edəcək.

APA xəbər verir ki, bunu Prezident İlham Əliyev Ruanda Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Çarlz Kayonqanın etimadnaməsini qəbulu zamanı deyib.

Dövlət başçısı bu tədbirin önəminə toxunub, onun iqlim dəyişmələri ilə bağlı qlobal səviyyədə müzakirələrin aparılması baxımından əhəmiyyətini vurğulayıb və Azərbaycanın bu sahədə fəal iştirak etdiyini deyib.

Çarlz Kayonqa Ruanda Respublikasının Prezidenti Pol Kaqamenin salamlarını dövlət başçısına çatdırıb və qeyd edib ki, ölkəsinin Prezidenti COP29-da iştirakını səbirsizliklə gözləyir.