• 14 Noyabr 2024
logo
Öldüyü deyilən SEPAH generalı İsmayıl Qaani ictimaiyyət arasında görünüb

Öldüyü deyilən SEPAH generalı İsmayıl Qaani ictimaiyyət arasında görünüb

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələrinin komandanı İsmayıl Qaani İsrailin Beyruta endirdiyi zərbə nəticəsində öldürülən SEPAH komandirinin müavini Abbas Nilfuruşanın vida mərasimində iştirak edib.

APA xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.
Bildirilib ki, Abbas Nilfuruşanın cənazəsi bu gün səhər saatlarında Tehrana gətirilib. Abbas Nilfuruşanla vida mərasiminə onun ailə üzvləri, bir qrup yüksək rütbəli şəxslə bərabər İsmayıl Qaani də qatılıb.

Qeyd edək ki, Abbas Nilfuruşan sentyabrın 27-də İsrailin Beyruta endirdiyi zərbə nəticəsində Hizbullah lideri Həsən Nəsrullahla birlikdə öldürülmüşdü. İsrailin Beyruta endirdiyi hava hücumlarından sonra Qaaninin də öldüyünə dair xəbərlər yayılıb.