• 4 Dekabr 2024
logo
Paşinyan Putini ad günü münasibətilə təbrik edib

Paşinyan Putini ad günü münasibətilə təbrik edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putini ad günü münasibətilə təbrik edib.

APA Ermənistan mediasına istinadən xəbər verir ki, Baş nazir Ermənistan-Rusiya əməkdaşlığının ardıcıl şəkildə gücləndirilməsinin vacibliyini qeyd edib.

Ermənistan Baş naziri qarşılıqlı faydalı tərəfdaşlığın birgə fəallaşmasını gözlədiyini də vurğulayıb.

O, qarşılıqlı anlaşma, etimad və ölkələrin maraqlarına əsaslanan ikitərəfli dialoqun inkişaf etdirilməsinin vacibliyini bildirib.