• 21 Sentyabr 2020
logo
Bağdad və Vaşinqton ABŞ qoşunlarının İraqdan çıxarılmasını müzakirə edəcək

Bağdad və Vaşinqton ABŞ qoşunlarının İraqdan çıxarılmasını müzakirə edəcək

Bu ilin iyununda Bağdad və Vaşinqton ABŞ qoşunlarının İraq ərazisindən tamamilə çıxarılmasına dair konkret qrafiki müzakirə edəcək.
Bunu İraq Ordusunun rəsmi nümayəndəsi general Abdel Kərim Xələf “Bagdad Al Yaum” potalına müsahibəsində bildirib.
Görüş İraq parlamentinin xarici qoşunların ölkədən tamamilə çıxarılması barədə qərarına uyğun olaraq keçiriləcək. A.K.Xələf ABŞ qoşunları ölkədən çıxdıqdan sonra Bağdad və Vaşinqton arasında təhlükəsizlik sahəsində əməkdaşlığın davam edəcəyini söyləyib: “Qoşunların çıxmasından sonra amerikalı mütəxəssislər İraq hərbi kadrlarının hazırlanması ilə məşğul olacaqlar”.