• 5 Noyabr 2024
logo
Kreml İrəvandan bərk yapışıb

Kreml İrəvandan bərk yapışıb

Moskva hər zaman Ermənistana dəstək olub

Bir çoxu Ermənistanın strateji tərəfdaşı Rusiya ilə münasibətləri ikinci Qarabağ müharibəsindən sonra pisləşdiyi, ölkə rəhbərliyinin isə geosiyasi oriyentasiyasını Qərb istiqamətində dəyişmək niyyətində olduğunu düşündü. Ehtimal edilirdi ki, İrəvanla Moskva arasındakı ziddiyyətlər getdikcə daha da dərinləşəcək. Proseslərin gedişi göstərirdi ki, İrəvanla Moskva arasında münasibətlər yaxın zamanda düzəlməyəcək. İrəvan-Kreml “qarşıdurması” güclənirdi, hətta rəsmi İrəvanla KTMT arasında münasibətlər uzun müddətdir faktiki olaraq “donduruldu”....
Qarabağda hərbi əməliyyatların Azərbaycanın qələbəsi ilə başa çatdıqdan sonra Ermənistanın təhlükəsizlik vəziyyəti ilə bağlı ciddi problemlə üzləşdiyini zənn etdik. Düşündük ki, İrəvan hesab edir ki, “əsas tərəfdaşı” olan Rusiya üzərinə götürdüyü sülhməramlı funksiyaları yerinə yetirmir - daha ona “bel bağlamaq olmaz” və Qərbdə yardım axtarır.
Baş nazir Paşinyan da Kremlin ssenarisi ilə hazırlanan tamaşada rolu məharətlə oynaya bildi.
Tərəflərin bir-birinə qarşı irəli sürdüyü ittihamlar, bəyanatlar, sən demə gözdən pərdə asmaq üçün imiş. Həmin pərdənin arxasında Kreml-İrəvan cütlüyü xristian həmrəyliyini daha da möhkəmləndiriblər, özü də bütün sahələr üzrə. Bunun özü elə rəsmilərin dilində etiraf edilib, zaman hər iki dövlət rəhbərliyinin maskasını yırtdı.
Məsələn, bu günlərdə Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın iştirakı ilə İrəvanda keçirilən iqtisadi əməkdaşlıq üzrə Ermənistan-Rusiya hökumətlərarası komissiyasının həmsədrlərinin iclasında Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçuk mühüm məlumatları açıqlayıb. Onun sözlərinə görə, 2024-cü ilin sonuna kimi Ermənistanla Rusiya arasında ticarət dövriyyəsinin həcmi 14-16 milyard dollara çata bilər.
Overçuk qeyd edib ki, iki ölkə arasında iqtisadi əməkdaşlıq dinamik şəkildə inkişaf edir və iqtisadiyyatın demək olar ki, bütün sahələrini əhatə edir.
Rəqəmlər sözlərdən daha yüksək səslə danışır. 2023-cü ildə qarşılıqlı ticarətin həcmi 55,8% artaraq 7,4 milyard dollara çatıb. Bu il göstərici 14-16 milyard dollara çata bilər.
Overçukun sözləri, xüsusən də onun gətirdiyi rəqəmlər onu deməyə əsas verir ki, Moskva ilə İrəvan arasındakı fikir ayrılıqları diqqəti yayındırmaq üçün yaradılmış siyasi şoudan başqa bir şey deyil. Əslində, onlar ikitərəfli münasibətlərin strateji dərinliyini nümayiş etdirirlər.
Moskva və İrəvan açıq şəkildə beynəlxalq ictimaiyyəti ciddi böhranın mövcudluğuna inandırmağa çalışsalar da, onların ticarət dövriyyəsi nəinki azalmadı, əksinə, sürətlə artdı. Məsələn, 2021-ci ildə ticarət əməliyyatlarının həcmi 2,6 milyard dollar olub, 2022-ci ildə isə 91,7% artaraq 5 milyard dollara çatıb.
Ötən il bu rəqəm 7,4 milyard dollara yüksəlib, bu il isə tərəflər rekord göstəriciyə - 14 milyard dollardan 16 milyard dollara qədər hədəfləyirlər, gördüyünüz kimi, Rusiya Ermənistan iqtisadiyyatının, sonuncunun isə ticarətdən asılılığının əsas sponsoru olmaqda davam edir.
Moskva heç vaxt Ermənistanı orbitindən çıxarmayıb, ona dəstək olub. Bir İkinci Qarabağ mühstibədində rəsmi Bakının ağıllı və uzaqgörən siyasəti qarşısında duruş gətirə bilmədi.
Düzü, Bakı Moskvanın gizlincə Ermənistan üçün tökdüyü göz yaşlarını görürdü. Kreml hər vəchlə Ermənistanı ayaqda saxlamağa çalışıb, bəzi hallarda buna nail də olub.
Ermənistanın Rusiyaya malların təkrar ixracı hesabına sürətlə zənginləşməsi İrəvana imkan verdi ki, xaricdən, o cümlədən Qərbdən silah alışının həcmini xeyli artırsın. Belə çıxır ki, Rusiya Ermənistana pul qazanmaq imkanı yaradır, lakin Qərb buna göz yummağa üstünlük verir.
Onlar Ermənistana təkcə silah satmır, həm də aktiv maliyyə yardımı göstərirlər. Məsələn, Avropa İttifaqı İrəvana rəsmi olaraq infrastrukturun inkişafı, rəqəmsallaşma, iqlim layihələri, nəqliyyat və demokratik islahatlara yönəlmiş 2,6 milyard avro ayırıb. Lakin Ermənistan xarici sponsorlardan qənaət etdiyi vəsaiti səxavətlə hərbiləşdirmə prosesinə yönəldir.
Bundan əlavə, bu ilin əvvəlində hakim “Mülki Müqavilə” partiyasının deputatı, parlamentin müdafiə və təhlükəsizlik komissiyasının üzvü Qaqik Melkonyan bildirib ki, Rusiya silahlarının yeni partiyası artıq Ermənistana hərbi əməliyyatlar çərçivəsində gəlib. Artıq mart ayında parlament komissiyasının rəhbəri Andranik Köçəryan da təsdiqləmişdi ki, “bu gündən həmin alışlar həyata keçirilməyə başlayır”.
Ermənistana Rusiya silahlarının tədarükü bu günə qədər davam edir. Eyni zamanda, 2022-ci ildən başlayaraq Rusiya Azərbaycana bir dənə də olsun patron göndərməyib və bunu Ukrayna ilə müharibə ilə izah edib. Yəni, Azərbaycanla dövlətlərarası münasibətlərin beynəlxalq hüquq prinsipləri və 2022-ci il fevral tarixli Müttəfiq əməkdaşlıq haqqında Bəyannaməsi əsasında inkişaf etdirilməsi ilə bağlı müqavilələri olan Moskva Ukrayna cəbhəsində baş verən hadisələrə görə mahiyyətcə “gözləməyi” təklif edir.
Kremlin ikibaşlı, məkrli siyasəti başında çaylayacaq. Qərb - Ermənistan - Rusiya üçbucağı nə vaxtsa haçalanacaq. Çünki, Rusiya Ermənistanı. Əzizləsə də, Qərb Putin hakimiyyətinin devrilməsi planı üzərində çalışır. Ermənistan tərəflərin qurbanına çevriləcək. Putinin rəsmi Bakı üzərindən Ermənistanla gizlin sövdələşməsi isə ona başağrısı olacaq.
Politoloq Vüqar Dadaşov "Xalq Cəbhəsi"nə deyib ki, hazırda Rusiyanın Ermənistanı silahlandırması, maliyyə dəstəyinin verməsi artıq danılmaz faktdır. Azərbaycan cəmiyətini düşündürən isə "Rusiyanın özü silah axtardığı halda Ermənistan niyə silahlandırır?" sualıdır: “Paşinyan hakimiyətinin Rusiya ilə razılaşdığı artıq açıq görünür. O da istisna deyil ki, Paşinyan ABŞ-da prezident seçkilərinin nəticələrinə qədər vaxt qazanmaq istəyir. Hərçənd ki, Paşinyanın qərbyönümlü siyasətindən başqa nəticə də gözləmək düzgün deyil. Rusiya Ukrayna ilə öz ərazisində müharibə apardığı bir dövrdə belə, Ermənistana hərbi yardım etməsi hansı ki, özünün xaricdən (İran, Şimali Koreya, Çin) hərbi köməyə ehtiyacı var, çox ciddi razılığın əldə edilməsinə işarədir. Ermənistanın BRICS-ə üzvlük üçün müraciət etməsini Rusiya ilə "barışığın" əlamətləri hesab etmək olar.
Digər tərəfdən, Paşinyan hakimiyyətinin Rusiyaya qarşı aqressiv siyasi xətt kursunu yumuşalma və korrektə edilməsinin ən əsas səbəbi, hazırki vəziyətdə Ermənistanın Rusiyadan uzaqlaşmasının həm sosial-iqtisadi və hərbi cəhətdən mümkün olmaması, ən əsası isə dövlətçiliyinin təhlükəsizliyinin, mövcudluğunun konda olmasıdır. Təhlükəsizlik deyəndə, məhz Ermənistanın dövlətinin fiziki, siyasi mövcudluğunun Rusiya tərəfindən tarixdən silinməsi düşünülür.
Həm də, Qərbin heç bir halda Ermənistan - Rusiya dartışmasında Ermənistanı sona qədər müdafiə etməyəcəyi qənaəti Rusiya ilə münasibətini normallaşdırmağa vadar edir.
Təbii ki, Rusiya hər zaman Ermənistana siyasi-diplomatik, hərbi dəstək verib. Ermənistanın bir dövlət kimi də yaranması, mövcudluğunda Rusiyanın böyük xidməti var. Ermənistanın ərazisinin 9 min kv km-dan 29 minə qədər Azərbaycan torpaqları hesabına artmasının səbəbi də məhz Rusiyadır. 44 günlük müharibədə də Ermənistana Rusiya hər cürə kömək etdi, müharibəni dayandırdı, Qarabağa sülhməramlı adı ilə soxuldu. Azərbaycan bu məsələləri həll edə bildi, ancaq Rusiyanın Azərbaycana qarşı, Türkiyə qarşı tarixi siyasi kursu, düşmənçiliyi dəyişməz olaraq qalır. Rusiyanın müəyyən dövrlərdə Azərbaycanla isti münasibəti onun düşdüyü çətin siyasi-hərbi vəziyyətinə bağlıdır hansı ki,o da müvəqqəti xarakterlidir.
Rusiyanın indi Ermənistanı silahlandırması, ticarətin 16 milyard dollar çatdırılması barədə xəbərlərə siyasi kursun dəyişikliyi kimi yox, Rusiyanın Ermənistanla bağlı ənənəvi siyasətinin davamı kimi qiymətmətləndirilir.
Zəngəzur dəhlizinin açılması, ona nəzarət məsələsində Rusiyanın əli daha güclüdür. ABŞ və Rusiyanın bu məsələdə üz-üzə gəlməsində Ermənistan bitərəflik nümayş etdirəcək, Paşinyan üçün əsas ABŞ-da prezident seçkisinin sonuna qədər vaxt qazanıb, manevr imkanlarını qorumaqdır. Rusiya Zəngəzura nəzarət edərsə həm Ermənistana, həm Azərbaycana, regiona təsir imkanlarını genişləndirəcək. Tranzit imkanlarına görə dünya iqtisadiyyatında önəmli rol sahibi olacaq. Bu işdə İranın "qırmızı xətt şıltağlığı" da Rusiyanın istəklərinə təsir etmir”.

Cavid