• 2 Oktyabr 2020
logo
İranda koronavirusdan ölənlərin sayı 5650 nəfərə çatıb

İranda koronavirusdan ölənlərin sayı 5650 nəfərə çatıb

İranda COVID-19 virusuna yoluxanların ümumi sayı 89328 nəfərdir.

Bu barədə İranın Səhiyyə Nazirliyinin sözçüsü deyib.

Onun sözlərinə görə, son bir gün ərzində 1134 yeni yoluxma və 76 ölüm faktı qeydə alınıb.

İranda bu günə kimi koronavirusa yoluxaraq vəfat edənlərin sayı 5650 nəfərə çatıb.

Nazirliyin sözçüsü qeyd edib ki, bu günə kimi yoluxanlardan 68193 nəfər sağalıb, hazırda virus daşıyıcısı olan xəstələrdən 3096 nəfərin vəziyyəti isə ağır və ya orta ağırdır.