• 27 Mart 2023
logo
Yeni Zelandiyada təyyarə qəzaya uğrayıb, ölən var

Yeni Zelandiyada təyyarə qəzaya uğrayıb, ölən var

Yeni Zelandiyanın Şimal adasında yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, qəza nəticəsində təyyarənin pilotu həlak olub.

Bildirilir ki, hadisə yerinə gələn polis əməkdaşları yalnız bir meyit aşkar ediblər və bu, pilota aid olub. Təyyarədə digər şəxslər olmayıb.