• 22 Sentyabr 2020
logo
Angela Merkel: "ÜST əvəzolunmaz tərəfdaşdır"

Angela Merkel: "ÜST əvəzolunmaz tərəfdaşdır"

Almaniya kansleri Angela Merkel Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) dəstəyini ifadə edib.
APA-nın "Guardian"a istinadən verdiyi xəbərə görə, Almaniya kansleri bu barədə Bundestaqın Aşağı Palatasında çıxışında danışıb.
"ÜST əvəzolunmaz tərəfdaşdır və biz onu mandatını dəstəkləyirik", - deyə Angela Merkel bildirib.
Kansler ölkədə COVID-19 epidemiyasının növbəti mərhələsində ağıllı və ehtiyatlı davranmağın vacib olduğunu vurğulayıb.
"Bu, son mərhələ deyil, başlanğıcdır. Biz uzun müddət bununla olacağıq. Mən bilirəm ki, qadağalar necə çətindir, bu demokratiyaya maneədir, bizim demokratik haqqlarımız məhdudlaşdırılır. Lakin təhlükəsiz yaşayışa daha tez geri dönmək üçün maksikum nizam-intizam yeganə yoldur. Biz bu günə qədər nail olduğumuzu heçə döndərməməliyik. Bu, İkinci Dünya müharibəsindən sonra xalqımızın həyatı və sağlamlığı üçün ən böyük çətinlikdir. Bununla bağlı heç bir tarixi modelimiz yoxdur.
Səhiyyə sistemimizin yüklənməməsi və nəticə etibarilə saysız-hesabsız insanların həyatını itirməməsi üçün virusun qarşısını necə ala bilərik sualı hələ uzun müdddət Almaniya və Avropanın siyasətində əsas sual olaraq qalacaq", - deyə Almaniya kansleri qeyd edib.
Merkel əlavə edib ki, Avropa xüsusi tibbi ləvazimatların istehsalı sənayesini daha da gücləndirməlidir.