• 22 Sentyabr 2020
logo
Rusiyada COVİD-19-a yoluxanların sayı 62 773 nəfərə çatıb

Rusiyada COVİD-19-a yoluxanların sayı 62 773 nəfərə çatıb

Rusiyada son sutka ərzində daha 4774 nəfər yeni növ koronavirusa yoluxub.
APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVİD-19-a yoluxanların sayı 62 773 nəfərə çatıb.
Son sutka ərzində 42 nəfərin öldüyü bildirilib.
Ümumilikdə koronavirusdan ölənlərin sayı isə 555-ə çatıb.
Xəstəlikdən sağalanların sayı 4891 nəfərdir.