• 1 Oktyabr 2020
logo
ABŞ dollarının türk lirəsinə qarşı məzənnəsi 2018-ci ildən bəri ilk dəfə 7 lirəni ötüb

ABŞ dollarının türk lirəsinə qarşı məzənnəsi 2018-ci ildən bəri ilk dəfə 7 lirəni ötüb

Çərşənbə günü ABŞ dolları türk lirəsinə qarşı bahalaşmağa davam edib. 1 dolların lirəyə qarşı məzənnəsi 7,0077 lirəyə çatıb ki, bu da 2018-ci ilin avqust ayından bəri ən yüksək göstəricidir.
"APA-Economics"in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, 1 dollar 7 lirə səviyyəsində qala bilməyib və sürətlə geriləyərək 6,9950 lirəyə enib.
Bu gün dollar 6,98 lirəyə bərabər olub və səhər saatlarında bu səviyyədə dövr edib.
Xatırladaq ki, lirə 2020-ci ilin əvvəlindən indiyədək dollar qarşısında 15% ucuzlaşıb. USD/TRY tarixinin ən yüksək səviyyəsi isə 7,2362 ilə 2018-ci ildə qeydə alınıb.