• 2 Oktyabr 2020
logo
Gürcüstanda koronavirusa yoluxanların sayı 420-ə çatıb

Gürcüstanda koronavirusa yoluxanların sayı 420-ə çatıb

Gürcüstanda yeni növ koronavirusa (COVid-19) yoluxanların sayı 420 nəfərə çatıb.
Bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bildirilib ki, hazırda ölkə üzrə karantində 5148 nəfər saxlanılır, stasionar müalicədə isə 573 nəfər var. Virusa yoluxmuş şəxslərdən 107-si sağalıb, 5 nəfər isə vəfat edib.
Qeyd edək ki, Gürcüstanda koronavirusa ilk yoluxma halı fevralın 26-də təsdiqlənib.