• 23 Sentyabr 2020
logo
Tramp: ABŞ Fransaya 500 süni tənəffüs aparatı göndərəcək

Tramp: ABŞ Fransaya 500 süni tənəffüs aparatı göndərəcək

ABŞ Fransaya 500 süni tənəffüs aparatı göndərmək niyyətindədir, bundan sonra avadanlıq İspaniya və İtaliyaya da gedəcək.

Bu barədə Ağ Evdə keçirilmiş brifinqdə ABŞ prezidenti Donald Tramp bildirib.

D.Tramp deyib: "Bu gün (22 aprel) aparatlara ehtiyacı olan bir sıra ölkələrin dünya liderləri ilə danışdım. 500 ədəd aparatı Meksikaya, daha bir 500 aparatı Fransaya göndəririk, İspaniya, İtaliyaya [müəyyən miqdarda] göndərəcəyik".

D.Trampın sözlərinə görə, hazırda ABŞ-da təxminən 10 min ədəd miqdarında strateji süni tənəffüs aparatı ehtiyatı var.