• 30 Sentyabr 2020
logo
Mixail Saakaşviliyə baş nazirin müavini vəzifəsi təklif edildi

Mixail Saakaşviliyə baş nazirin müavini vəzifəsi təklif edildi

Ukrayna Prezidenti Vladimir Zelenski Gürcüstanın sabiq prezidenti Mixail Saakaşviliyə baş nazirin islahat məsələləri üzrə müavini vəzifəsinə təklif edib.

Bunu M.Saakaşvili öz “Facebook” səhifəsində yazıb.

O, həmçinin baş nazir Denis Şmıqal ilə görüşdüyünü də deyib.

M.Saakaşvili Ukrayna Ali Radasına öz proqramını təqdim edəcəyini bildirib.

Qeyd edək ki, Mixail Saakaşvili 2015-2016-cı illərdə Ukraynanın Odessa vilayətinin qubernatoru və prezident Pyotr Poroşenkonun müşaviri işləyib.