• 1 Oktyabr 2020
logo
Gürcüstanda sərbəst hərəkətə qoyulan qadağa götürülür

Gürcüstanda sərbəst hərəkətə qoyulan qadağa götürülür

Aprelin 27-dən etibarən Gürcüstanda koronavirus səbəbi ilə vətəndaşların sərbəst hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılacaq.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Baş nazirinin mətbuat katibi İrakli Çikovani bildirib.
Onun sözlərinə görə müvafiq qərar Gürcüstan Qurumlararası Koordinasiya Şurası tərəfindən qəbul edilib. O qeyd edib ki, həmin tarixdən etibarən ölkə ərazisində “COVID-19” pandemiyası səbəbi ilə qoyulan məhdudiyyətlərin tədricən aradan qaldırılmasına başlanılacaq. İ. Çikovani bildirib ki, qarşıdakı 2-3 həftə ərzində virusun ölkə ərazisində yayılmasının pik həddə çatacağı gözlənilir.