• 20 Oktyabr 2020
logo
Tramp ABŞ mətbuatını koronavirusla bağlı yanlış məlumat yaymaqda ittiham etdi

Tramp ABŞ mətbuatını koronavirusla bağlı yanlış məlumat yaymaqda ittiham etdi

ABŞ prezidenti Donald Tramp yerli KİV-ləri koronavirus pandemiyası ilə bağlı yanlış məlumat yaymaqda ittiham edib.

D.Tramp bu sözləri Ağ Evdə brifinqi zamanı deyib.

O bildirib ki, COVID-19 pandemiyasından ölüm sayına görə ABŞ yox, Çin birinci yerdədir:

“Onlar bizdən çox qabaqdadır. Bunu mən də, siz də, onlar da bilir. Bəs niyə bu barədə məlumat vermirsiniz?”

ABŞ prezidenti, həmçinin koronavirus testlərinin ən dəqiq nəticələrinin ölkədə qeydə alındığını vurğulayıb.

Qeyd edək ki, bu günədək ABŞ-da 764 mindən çox şəxs koronavirusa yoluxub, 40 565 nəfər sağalıb, 71 min nəfərin müalicəsi davam edir.