• 27 Sentyabr 2020
logo
Rusiyada koronavirusdan ölənlərin sayı 400-ü keçib

Rusiyada koronavirusdan ölənlərin sayı 400-ü keçib

Rusiyada son sutka ərzində daha 4268 nəfər koronavirusa yoluxub.
APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiya ərazisində COVİD-19-a yoluxanların ümumi sayı 47 121 nəfərə çatıb.
Son sutka ərzində 44 nəfərin öldüyü bildirilib.
Ümumilikdə koronavirusdan ölənlərin sayı isə 405-ə çatıb. Sağalanların sayı 3446 nəfərdir.