• 24 İyul 2019
logo
add image
Yerevan işıqsız qalıb

Yerevan işıqsız qalıb

Ermənistanın paytaxtı Yerevanın böyük hissəsi işıqsız qalıb.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, hadisənin səbəbləri bilinmir.
Hazırda ölkənin Fövqəladə Hallar Nazirliyi fəsadların aradan qaldırılması üçün iş aparır.
Yerevan metrosunda insanların təxliyə olunduğu qeyd edilir. Şəhər ərazisində telefon və internet rabitəsinin fasilələrlə işlədiyi bildirilir.