• 27 Sentyabr 2020
logo
Dünyada koronavirusdan ölənlərin sayı 160 mini ötüb

Dünyada koronavirusdan ölənlərin sayı 160 mini ötüb

Aprelin 19-u saat 06:00 üçün dünyada yeni növ koronavirusdan ölənlərin sayı 160 518 nəfərə çatıb.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu barədə Con Hopkins Universitetinin hesabatında deyilir.

Məlumata əsasən, dünyada koronavirusa ümumilikdə 2 328 124 yoluxma halı qeydə alınıb.

Bildirilir ki, ən çox yoluxma halları ABŞ-da - 734 552 (38 835 ölüm halı), İspaniyada - 194 416 (20 639 ölüm halı), İtaliyada - 175 925 (23 227 ölüm halı), Fransada - 152 978 (19 323 ölüm halı), Almaniyada - 143 724 (4 538 ölüm halı), Böyük Britaniyada - 115 314 (15 464 ölüm halı) qeydə alınıb.