• 28 Sentyabr 2020
logo
İranda koronavirusdan ölənlərin sayı 5000-i keçib

İranda koronavirusdan ölənlərin sayı 5000-i keçib

İranda koronavirusdan ölənlərin sayı 5000-i keçib.
Bu barədə İranın Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bildiirb. Onun sözlərinə görə, son bir gün ərzində koronavirusdan 73 nəfər vəfat edib, bununla da ölkədə indiyədək bu virusdan ölənlərin sayı 5031-ə yüksəlib.
Son sutka ərzində 1374 yeni yoluxma faktı qeydə alınıb və bununla da bu günə kimi İranda COVID-19 virusuna yoluxanların sayı 80868-ə çatıb. İndiyədək virusa yoluxmuş 55987 nəfər sağalıb.
Hazırda virus daşıyıcısı olan xəstələrdən 3513 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.