• 25 Sentyabr 2020
logo
Ermənistanda daha 47 nəfərdə koronavirus aşkarlanıb

Ermənistanda daha 47 nəfərdə koronavirus aşkarlanıb

Son bir gün ərzində Ermənistanda daha 47 nəfərdə koronavirus aşkarlanıb.
APA-nın Armenia Sputnik-ə istinadən xəbərinə görə, bu barədə Baş Nazir Nikol Paşinyan Facebook səhifəsində məlumat yayıb. Onun sözlərinə görə, daha bir nəfər koronavirusdan ölüb.
Ümumilikdə Ermənistanda koronavirusa yoluxanların sayı 1248-ə, sağalanların 121-ə, ölənlərin sayı isə 20-yə çatıb.