• 20 Sentyabr 2020
logo
Braziliyada koronavirusdan ölənlərin sayı 2000-ə çatır

Braziliyada koronavirusdan ölənlərin sayı 2000-ə çatır

Braziliyada son sutka ərzində 2105 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub, 188 nəfər ölüb.
APA-nın xəbərinə görə, bu barədə Braziliyanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Braziliyada ümumilikdə 30 425 nəfərdə koronavirus aşkarlanıb, 1924 nəfər vəfat edib.