• 22 İyun 2024
logo
Papua-Yeni Qvineyada sürüşmə nəticəsində 2000-dən çox insan torpaq altında qalıb

Papua-Yeni Qvineyada sürüşmə nəticəsində 2000-dən çox insan torpaq altında qalıb

Keçən həftə Papua-Yeni Qvineyada baş verən güclü torpaq sürüşməsi nəticəsində 2000-dən çox insan torpağın altında qalıb.

APA CBS News-a istinadən xəbər verir ki, bu barədə Papua-Yeni Qvineya hökuməti bildirib.

Sakit Okeanda yerləşən ada dövlətinin Milli Fəlakət Mərkəzinin direktoru BMT-nin rezident koordinatoruna göndərdiyi məktubda sürüşmənin "2000-dən çox insanı diri-diri basdırdığını" və "böyük dağıntılara" səbəb olduğunu bildirib.

Məktubda həmçinin Porgera qızıl mədəninə gedən əsas magistral yolun "tamamilə bağlandığı" bildirilib.
Qeyd edək ki, hökumətin təqdim etdiyi bu rəqəm Birləşmiş Millətlər Təşkilatının təxminindən üç dəfə çoxdur. BMT agentliyi bur rəqəmin 670 nəfər olduğunu bildirmişdi.Ölkə rəsmi olaraq beynəlxalq yardım istəyib.
İndiyədək yalnız 6 nəfərin cəsədi tapılıb.