• 27 İyul 2024
logo
Maykl Makkol: ABŞ Tayvana silah təchizatını davam etdirəcək

Maykl Makkol: ABŞ Tayvana silah təchizatını davam etdirəcək

ABŞ 1979-cu ildə qəbul olunan Tayvanla münasibətlər haqqında qanuna əsasən bu ölkəyə silah-sursat təchizatını davam etdirəcək.

APA-nın “The Strait Times”a istinadən məlumatına görə, bunu Nümayəndələr Palatası Xarici Əlaqələr Komitəsinin rəhbəri Maykl Makkol bu ölkəyə səfərində deyib.

O bildirib ki, Tayvan beynəlxalq hüququn digər subyektləri kimi özünümüdafiə hüququna malikdir.