• 13 İyun 2024
logo
KİV: İspaniya Ukraynaya rekord məbləğdə hərbi yardım paketi vermək istəyir

KİV: İspaniya Ukraynaya rekord məbləğdə hərbi yardım paketi vermək istəyir

İspaniya hakimiyyəti Ukraynaya rekord məbləğdə 1,129 milyard avro dəyərində hərbi yardım paketi vermək istəyir.

APA xəbər verir ki, bu barədə “El Pais” qəzeti məlumat yayıb.

Mayın 27-də Ukrayna Prezidenti Vladimir Zelenski Madridə səfəri zamanı Kral VI Filip, eləcə də ölkənin Baş naziri Pedro Sançeslə görüşəcək və onunla ikitərəfli təhlükəsizlik sazişi imzalayacaq.

Bura geniş çeşiddə hərbi texnikanın, o cümlədən “Patriot” raketlərinin yeni partiyasının, 19 Leopard 2A4 tankının, eləcə də İspaniyada istehsal olunan çoxlu sayda materialların tədarükü daxildir.

İyunun 30-dan əvvəl Ukraynaya bəzi silahların, o cümlədən raket və tankların göndərilə biləcəyi gözlənilir.

Zelenski mayın 17-də İspaniyaya səfər etməyi planlaşdırırdı, lakin səfəri ləğv etmək məcburiyyətində qalıb. Sançeslə imzalamaq istədiyi təhlükəsizlik sazişi Kiyevin Almaniya və İtaliya da daxil olmaqla bir sıra digər ölkələrlə artıq imzaladığı müqaviləyə bənzəyir. Bu, Ukraynaya uzunmüddətli hərbi dəstəyi təmin etmək məqsədi daşıyır.