Rusiyada koronavirusa yoluxma göstəriciləri sürətlə artır.
Ölkədə son sutka ərzində 3 388 nəfər koronavirusa yoluxub. Daha 28 nəfər isə virusdan həyatını itirib.
Bu günə qədər Rusiyada 24 490 nəfər koronavirusa yoluxub, infeksiyadan ölənlərin sayı 198 nəfərə çatıb.
Ümumilikdə, 1 986 nəfər sağalıb, 22 306 nəfərin müalicəsi davam edir.