Ermənistanda koronavirusa yoluxanların sayı 1 100 nəfəri keçibErmənistanda koronavirusa yoluxanların sayı 1 111 nəfərə çatıb.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 44 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.
Ölkədə, həmçinin 1 nəfərin ölümü qeydə alınıb.
Bu günədək Ermənistanda 17 nəfər koronavirusun qurbanı olub. 797 nəfərin müalicəsi davam edir.