• 18 Sentyabr 2020
logo
Fransada karantin müddəti mayın 11-dək artırılıb

Fransada karantin müddəti mayın 11-dək artırılıb

Fransada koronavirus ilə bağlı təcridolma rejimi mayın 11-dək davam edəcək.

Fransa Prezidenti Emmanüel Makron bu haqda televiziya ilə xalqa müraciətində deyib.

Fransa Prezidenti bildirib ki, mayın 11-dən etibarən körpələr evi, uşaq bağçaları, kolleclər və liseylər tədricən açılmağa başlayacaq. Ancaq həmin tarixdə otellərin, restoranların, kafelərin açılması gözlənilmir. Universitetlərdə tədris yaydan əvvəl başlamayacaq.

E.Makron karantin müddətinin artırılmasını əsaslandırmaq üçün bildirib ki, hələ epidemiya tam nəzarət altında deyil, buna görə də qaydaların tətbiqinə davam edilməlidir.

Həmçinin Fransa Prezidenti qeyd edib ki, mayın 11-dən etibarən epidemiyanın əlamətləri aşkarlanan bütün vətəndaşları test etmək mümkün olacaq. Mayın 11-dən hər bir fransız maska əldə edə biləcək və Avropa İttifaqına üzv ölkələrdən başqa digər ölkələr üçün Fransa sərhədləri bağlı olacaq.

E.Makron Fransanın, eləcə də Avropanın koronavirusa qarşı mübarizə aparmaqda Afrikaya yardım edəcəyini xatırladıb. Vurğulayıb ki, Afrika ölkələrinin borcları kütləvi şəkildə ləğv edilməlidir.