• 20 Sentyabr 2020
logo
Rusiya və İran XİN başçıları arasında telefon danışığı olub

Rusiya və İran XİN başçıları arasında telefon danışığı olub

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov və onun iranlı həmkarı Məhəmməd Cavad Zərif arasında telefon danışığı olub.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, İran tərəfinin xahişi əsasında baş tutan telefon danışığı zamanı Əfqanıstandakı vəziyyət daxil olmaqla, beynəlxalq gündəmdə olan aktual məsələlər barədə fikir mübadiləsi aparılıb.
Nazirlər BMT-nin sonuncu təklifləri fonunda Yəmən münaqişəsinin nizamlanması ilə bağlı səylərin aktivləşdirilməsi perspektivlərinə toxunublar.
Telefon danışığı zamanı nazirlər koronavirus infeksiyası ilə mübarizədə çoxtətərfli koordinasiyaya, qanunsuz birtərəfli sanksiyalara və məhdudlaşdırılmalara xüsusi diqqət yetiriblər.