• 1 Oktyabr 2020
logo
Braziliyada İsa Məsihin heykəlinə həkim xalatı "geyindirilib"

Braziliyada İsa Məsihin heykəlinə həkim xalatı "geyindirilib"

Braziliyanın Rio-de-Janeyro şəhərində Korkovadu dağının zirvəsindəki Xilaskar İsa heykəlinin üzərində həkim xalatı proyeksiya olunub.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu addım Pasxa bayramında koronavirusla mübarizə aparan tibb işçiləri ilə həmrəylik nümayiş etdirmək üçün atılıb.
Bununla yanaşı, abidənin üzərində müxtəlif dillərdə “Təşəkkürlər” sözü əks olunub. Təşkilatçılar bununla dünyanın bütün həkimlərinə minnətdarlıqlarını ifadə ediblər.
Sonra Braziliya da daxil olmaqla, koronavirusdan daha çox zərər çəkmiş ABŞ, İspaniya, İtaliya və Çinin bayraqları heykəlin üzərində proyeksiya olunub.