• 25 Sentyabr 2020
logo
Ermənistanda koronavirusla əlaqədar fövqəladə vəziyyət rejiminin müddəti 1 ay uzadılıb

Ermənistanda koronavirusla əlaqədar fövqəladə vəziyyət rejiminin müddəti 1 ay uzadılıb

Ermənistanda koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan fövqəladə vəziyyət rejiminin müddəti uzadılıb.
APA-nın Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, bu gün Nazirlər Kabinetinin iclası keçirilib.
İclasda ölkədə fövqəladə vəziyyət rejiminin müddətinin mayın 14-dək uzadılmasına qərar verilib.
Bu müddət ərzində tətbiq olunan qadağa və məhdudiyyətlər qüvvədə qalacaq.
Xatırladaq ki, Ermənistanda martın 16-dan aprelin 14-dək fövqəladə vəziyyət tətbiq olunmuşdu.