• 1 Oktyabr 2020
logo
Koronavirus fonunda Böyük Britaniyanın ÜDM-i 30%-dək azala bilər

Koronavirus fonunda Böyük Britaniyanın ÜDM-i 30%-dək azala bilər

Bu ilin II rübündə koronavirus (COVID-19) səbəbindən Böyük Britaniyada ÜDM 30%-dək azala bilər.
"APA-Economics"in "The Times"a istinadən verdiyi məlumata görə, bunu Böyük Britaniyanın Maliyyə naziri Rişi Sunak deyib.
R. Sunak həmkarları ilə aprel-iyun aylarında ÜDM-in 25-30% azaldılması imkanlarını müzakirə edib. On nazir israr edir ki, koronavirusun yayılmasına qarşı qoyulan məhdudiyyətlər gələn ay bir qədər yumşaldılsın.
"Bloklanma səbəbindən daha çox zərər etməməyimiz olduqca vacibdir. Biz məhdudiyyətləri daha üç həftə ərzində saxlanılması imkanını nəzərdən keçiririk və bundan sonra onları yumşaltmağa başlaya bilərik", - "The Times" qəzeti adı açıqlanmayan nazirdən sitat gətirir.
Qeyd edək ki, Böyük Britaniya COVID-19-dan ölənlərin sayının 10 mini keçən beşinci ölkə oldu.