İranda yeni tip koronavirusa (Covid-19)yoluxanların sayı 71 min 686 nəfərə çatıb.
APA-nın xəbərinə görə bunu İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bildirib.
Ölkədə son sutka ərzində koronavirusa yoluxan 117 nəfər vəfat edib. Bununla da bu günədək koronavirusa yoluxma nəticəsində ölənlərin sayı 4 min 474-ə çatıb.
Son sutka ərzində ölkə ərazisində 1657 yeni yoluxma faktı qeydə alınıb.
İndiyədək İranda (Covid-19) virusuna yoluxmuş 43894 nəfər sağalıb. Hazırda virus daşıyıcısı olan 3930 nəfərin vəziyyəti ağırdır.